...

70-ci illərin körpüsü bərpa edildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2016 09:44 (UTC +04:00)
Göyçayda sel sularının dağıtdığı körpü bərpa edilib.
70-ci illərin körpüsü bərpa edildi (FOTO)

Bakı. Trend:

Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü qısa müddət ərzində bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir.

Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı və mütəxəsislərin iştirakı ilə canlı qüvvə və texnika cəlb olunub. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilərək üzərisi isə asfaltlanıb.

Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti