...

Bank VTB (Azərbaycan) müştərilərinə yuanla xidmətlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2016 11:53 (UTC +04:00)
Bank VTB (Azərbaycan) müştərilərinə çin valyutası - yuanla hesablaşma-kassa xidmətləri təklif edir.
Bank VTB (Azərbaycan) müştərilərinə yuanla xidmətlər təklif edir

Bakı. Trend:

Bank VTB (Azərbaycan) müştərilərinə çin valyutası - yuanla hesablaşma-kassa xidmətləri təklif edir. Bankın müştəriləri həm çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilər.

Bankın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hesabın açılması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflər ilə təklif olunur.

Yuan ilə pul vəsaitlərinin köçürülməsi əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirilir. Bu halda pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda yox, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edir və onların çin valyutasına mübadiləsini həyata keçirir.

Digər bankdakı, eləcə də VTB qrup daxilindəki hesaba köçürməyə görə komissiya köçürülən məbləğin 0,5%-ni (minimum 100 – maksimum 500 yuan) təşkil edir. Təcili köçürmə üzə komissiya məbləği 200 yuan təşkil edir. Qeyd edək ki, VTB (Azərbaycan) Çində də banka sahib olan Rusiyanın aparıcı maliyyə qrupuna daxildir. Bu isə pul köçürmələrini qısa müddət ərzində və sərfəli şərtlərlə həyata keçirməyə imkan verir.

“Hazırda Çin iqtisadiyyatı dünyada ən iri iqtisadiyyat hesab olunur. Bu bazara Azərbaycan iş adamlarının da marağı günbəgün artır. Buna görə də biz maksimal dərəcədə rahat və sərfəli hesablaşma-kassa xidmətləri təklif etməyə çalışırıq. Bu gün VTB (Azərbaycan) ölkədə çin yuanında xidmət təklif edən yeganə bankdır”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank VTB (Azərbaycan)-da çin yuanından başqa rubl,dollar, avro və funt sterlinqdə hesablaşma-kassa xidmətləri təklif edir.

Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti