...

ADIF 4 bankın ləğvedicisi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2016 12:34 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyalarını geri çağırdığı dörd bankın ləğvedicisi təyin edilib.
ADIF 4 bankın ləğvedicisi təyin edilib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyalarını geri çağırdığı dörd bankın ləğvedicisi təyin edilib.

Bu barədə Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

4 bankın lisenziyası ləğv olundu (YENİLƏNİB)

4 bankın lisenziyası ləğv olundu (YENİLƏNİB)

Onun sözlərinə görə, məhkəmənin qərarı ilə bu gündən ADIF "Zaminbank", "Dekabank", "Kredobank" və "Parabank"ın ləğvedicisi təyin edilib: "İlk növbədə bu banklarda aktivlərin qiymətləndirilməsi aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti