...

PR menecerlərə sertifikatlar təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2016 13:13 (UTC +04:00)
“Excelsior Hotel Baku” otelində “Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən “Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramında iştirak edən PR menecerlərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun sertifikatları təqdim edilib.
PR menecerlərə sertifikatlar təqdim edilib

Bakı. Trend:

“Excelsior Hotel Baku” otelində “Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən “Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramında iştirak edən PR menecerlərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun sertifikatları təqdim edilib.

Təlimdə “AtaHolding” Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, “Veysəloğlu” Şirşətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İlham Məmmədzadə, Hed Akademy şirkətinin PR meneceri İbrahim Mirzəyev, "B.EST Solutions" (Asan İmza) şirkətinin PR meneceri Kamran Əliyev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı və digərləri iştirak etdilər.

Təlim 11 iyuldan 22 iyula qədər Milli Olimpiya stadionunda “Hed Academy” şirkətinin ofisində keçirilib. Təlimdə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov İctimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə edib.

“Veysəloğlu” Sirkətlər Qrupunun Ictimaiyyətlə əlaqələr departamentinin mudiri, həmçinin Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (APRA) sədri Ilham Məmmədzadə bildirdi: “Bu təlimdən bizim öyrəndiyimiz PR sahəsində nəzəri biliklər ilə yanaşı yerli ve beynəlxalq keyslərin nəzərdən keçirilməsi və təhlil edilməsi olmuşdur. İnanıram və ümid edirəm ki, bu kimi beynəlxalq sertifikatli təlimlərdə əldə edilmiş bilik ve təcrübə Azərbaycan PR texnologiyasına genis tohfəsini verəcək.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirdi ki, elmi-metodiki ixtisasartırma proqramında iştirak etdiyindən çox məmnundur. “Treninqin aparıcısı Vəli Əlibəyov müasir mərhələdə mətbuat xidmətinin fəaliyyətinin bütün aktual mövzularına toxunmuşdur”, - deyə o, əlavə edib. Treninq zamanı bütün iştirakçıların fəallığı sayəsində həmçinin, təcrübə mübadiləsi də aparılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı bildirdi ki, keçirilmiş bu təlim PR sahəsində beynəlxalq praktikanı bizə nümayiş etdirməklə hazırda mövcud olan tələbləri icra etməyə bizə kömək olacaq. Hazırda ölkəmizdə mövcud olan söz və fikir, mətbuat azadlığı çərçivəsində biz - PR-la məşğul olan şəxslərin fəaliyyətinin də beynəlxalq tələblər səviyyəsində qurulması vacibdir. Düşünürəm ki, ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə qurulması, KİV-lə əməkdaşlığın yüksəldilməsi və bu sahəyə yeni töhfələrin gətirilməsi üçün bu təlimin əvəzsiz rolu olacaqdır. Bununla yanaşı həmkarlarımızla fikir mübadiləsi üçün bizə yaradılan şəraiti yüksək qiymətləndirirəm.

Tədbirin sonunda PR menecerlər təlimin yüksək səviyyədə keçməsini qeyd edib və təlimlə bağlı fikirlərini söyləyiblər.

Sertifikatların təqdim edilməsi bayram günü – Milli Mətbuat günü ilə üst-üstə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti