...

Mərkəzi Bank hərracda banklardan vəsait cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2016 15:27 (UTC +04:00)
Manatla depozit hərracında tələb 50 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil edib.
Mərkəzi Bank hərracda banklardan vəsait cəlb edib

Bakı. Ənvər Məmmədov – Trend:

İyulun 25-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti manatla depozit hərracında tələb 50 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil edib.

Bu barədə Trend AMB-nin saytına istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycanda 33 bank, o cümlədən dövlət iştirakı ilə 2 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti