...

Azərbaycanda onlayn özəlləşdirmə tətbiq olunur (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2016 12:11 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirmənin yeni portalının (privatization.az) təqdimatını keçirib.
Azərbaycanda onlayn özəlləşdirmə tətbiq olunur (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmənin yeni portalının (privatization.az) təqdimatını keçirib.

Trend-in məlumatına görə, Komitənin sədr müavini Rafiq Cəlilov deyib ki, portal özəlləşdirmə prosesini xeyli yüngülləşdirməyə, bu sahədə şəffaflığa nail olmağa imkan verəcək.

Onun sözlərinə görə, portalda özəlləşdirməyə çıxarılmış obyektlər barədə bütün informasiya təqdim olunacaq: "Portal onlayn hərraclarda iştirak etməyə də imkan yaradacaq".

Komitənin Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov qeyd edib ki, yeni portal xarici şirkətlərə də özəlləşdirmədə fəal iştirak etməyə imkan verəcək:

“Portal Azərbaycan və ingilis dillərində hazırlanıb. Bundan başqa, xarici sərmayədarlar üçün portalda “Why Azerbaijan" adlı xüsusi bölmə var. Bu bölmə əcnəbi sərmayədarlara ölkəmizə nə üçün sərmayə qoymağı izah edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti