...

“Günəşli” yatağında 263 nömrəli quyu istismara verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2016 15:42 (UTC +04:00)
“Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir.
“Günəşli” yatağında 263 nömrəli quyu istismara verildi

Bakı. Trend:

“Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yataqdakı 14 saylı dərin dəniz özülündən 263 nömrəli quyu əsaslı təmirdən sonra mənimsənilmiş və gündəlik 45 ton neft hasilatı ilə istismara daxil edilib.

Yataqda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti