Bakı. Ənvər Məmmədov - Trend:
"Azərişıq" ASC və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıb.
Bunu Trend-ə AİB-in Bakı ofisindən deyiblər.
Saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması üçün ASC-yə kreditin ilk tranşının verilməsini nəzərdə tutur.
Sazişi iyulun 22-də "Azərişıq" ASC-nin sədri Baba Rzayev və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar.
5 illik güzəştli müddət olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.