...

"Moody`s" Xalq Bankın reytinq üzrə proqnozunu təsdiqlədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2016 16:16 (UTC +04:00)
"Moody’s İnvestors Service" beynəlxalq reytinq agentliyi "Xalq Bank"ın uzunmüddətli öhdəliklər reytinqini B2, neqativ proqnoz səviyyəsində saxladı.
"Moody`s" Xalq Bankın reytinq üzrə proqnozunu təsdiqlədi

Bakı. Trend:

"Moody’s İnvestors Service" beynəlxalq reytinq agentliyi "Xalq Bank"ın uzunmüddətli öhdəliklər reytinqini B2, neqativ proqnoz səviyyəsində saxladı.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, əlavə olaraq bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb - B1(cr) / Not Prime(cr).

Perspektivləri dəyərləndirən "Moody’s" təhlilçiləri bəyan ediblər ki, "Xalq" Bankın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti