...

Unibank Cashback xidmətini genişləndirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 14:11 (UTC +04:00)
Unibank Cashback xidmətini əmək haqqı, ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarına da şamil edib.
Unibank Cashback xidmətini genişləndirdi

Bakı. Trend:

Unibank Cashback xidmətini əmək haqqı, ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarına da şamil edib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

İndi Unibank-ın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında Cashback xidməti var. Unibank kartları ilə partnyor və qeyri-partnyor mağazalarda alış-verişlər zamanı xərclənən vəsaitin 20%-dək hissəsi 3 gün ərzində kartınıza geri qayıdacaq. Beləliklə, siz həm Unibank-ın partnyor mağazalarında olan endirimlərdən faydalanacaqsınız, həm də xərclədiyiniz pulun bir hissəsini bank yenidən hesabınıza hədiyyə edəcək.

Əgər hələ də Unibank kartına sahib deyilsinizsə, bankın istənilən filialından və eləcə də onlayn formada sifarişlə ALBALI PLUS ( http://debet.albali.az/) və digər debet kartları ala bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti