...

NIKOIL | Bank debet kartları üzrə nağdlaşdırma komissiyası indi 0%

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2016 18:35 (UTC +04:00)
NIKOIL | Bank daima olduğu kimi müştərilərin qayğısına qalaraq onların rahatlığı üçün yeniliklər tətbiq edir.
NIKOIL | Bank debet kartları üzrə nağdlaşdırma komissiyası indi 0%

Bakı. Trend:

NIKOIL | Bank daima olduğu kimi müştərilərin qayğısına qalaraq onların rahatlığı üçün yeniliklər tətbiq edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu gündən etibarən NIKOIL | Bank öz bankomat və pos-terminal şəbəkələrində nağd pulun çıxarılması üçün bütün komissiyaları ləğv edir. İndi növ və dəyərindən asılı olmayaraq debet plastik kart sahibi olan hər kəs həm müasir ödəniş sisteminə malik olur, həm də komissiyalar üzrə tam güzəşt əldə edir. Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir. Bu gün NIKOIL | Bank-ın plastik kartlar üzrə məhsul çeşidində Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard və MasterCard Gold kimi plastik kartlar təqdim olunur.

Qeyd edək ki, Visa Platinum kartını əldə edərkən sizə Priority Pass kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanlarının VİP istirahət məkanlarından sərbəst istifadə edə bilərsiniz.

NIKOIL | Bank-dan plastik kart əldə etməyə tələsin!
Daha ətraflı məlumat üçün Bankın 981 qısa nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də, Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti