...

"Abşeronneft"in sifarişi ilə yeni quyular qazılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2016 18:03 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti “Pirallahı-dəniz”, “Səadan” və “Darvin bankası” yataqlarında yeni quyuların qazılmasına başlayıb.
"Abşeronneft"in sifarişi ilə yeni quyular qazılır

Bakı. Trend:

Kompleks Qazma İşləri Tresti “Pirallahı-dəniz”, “Səadan” və “Darvin bankası” yataqlarında yeni quyuların qazılmasına başlayıb.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

“Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı-dəniz” yatağında 1150 nömrəli meydançadan Qirməki Altı Lay Dəstəsinə qazılan 1155 nömrəli quyunun layihə dərinliyi 770 metr, “Darvin bankası” yatağında 720 nömrəli meydançadan Qirməki Altı Lay Dəstəsinə qazılan 767 nömrəli quyunun layihə dərinliyi isə 1490 metrdir.

Bundan başqa, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə “Səadan” yatağında 1796 nömrəli quyuda da qazma işlərinə start verilib. Qovundağ Maykop Lay Dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 1300 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən gün ərzində 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti