...

AZAL və "Türkiyə Hava Yolları" əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2016 12:03 (UTC +04:00)
Azərbaycan və Türkiyə milli aviaşirkətləri bugünki əməkdaşlığın səviyyəsindən razıdırlar və gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər.
AZAL və "Türkiyə Hava Yolları" əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan və Türkiyə milli aviaşirkətləri bugünki əməkdaşlığın səviyyəsindən razıdırlar və gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin vitse-prezindeti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, artıq 2 ildir ki, AZAl və "Türkiyə Hava Yolları" kod-şerinq razılaşmasına görə reyslər həyata keçirilər.

Vitse-prezident qeyd edib: "Bu, hər iki şirkətin mpvqelərinin daha da möhkəmləndirlməsinə kömək edib. Gün ərzində Heydər Əliyev adına Hava Limanından üçün reyslərin sayına görə İstanbul birinci yerdədir".

Onun sözlərinə görə, artıq Bodrum, İzmir və Dalaman istiqamətində də reyslərin sayında artım var.

E.Hacıyev vurğulayıb: "Biz əmədaşlığımızda yüksək səviyyəyə çatmışıq və onu daha da yüksəltmək istiqamətində işləri davam etdirəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti