...

Azərbaycan bankında departament rəhbəri işdən çıxdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2016 12:31 (UTC +04:00)
Atabank-ın problemli kreditlərlə iş üzrə departamentinin direktoru Fuad Sadıxov vəzifədən çıxıb.
Azərbaycan bankında departament rəhbəri işdən çıxdı

Bakı. Ənvər Məmmədov - Trend:

Atabank-ın problemli kreditlərlə iş üzrə departamentinin direktoru Fuad Sadıxov vəzifədən çıxıb. Bu barədə bankın saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

F.Sadıxovun tutduğu vəzifə hazırda vakant olaraq qalır.

Hazırda Atabank-ın strukturunda 16 departament var. Bankın həmçinin Daxili audit departamentinin direktoru vəzifəsi də vakantdır.

AtaHolding-in tərkibinə daxil olan Atabank bank sektorunda 1993-cü ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti