...

AZAL vertolyotlarını satışa çıxardı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2016 12:49 (UTC +04:00)
AZAL 3 ədəd Mİ-8 MTV1 tipli vertolyotunu satışa çıxarb.
AZAL vertolyotlarını satışa çıxardı

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 3 ədəd Mİ-8 MTV1 tipli vertolyotunu satışa çıxarb.

Trend Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı hərrac sentyabrın 14-də Hərracların Təşkili üzrə Auksion Mərkəzində baş tutacaq.

Vertolyotlardan ikisi 1993, biri isə 1991-ci il istehsalıdır. 1991-ci il istehsalı olan vertolyotun başlanğıc qiyməti 130,023 manat, 1993-cü il istehsalı olan vertolyotlardan birinin başlanğıc qiyməti 134,323 manat, digərinin başlanğıc qiyməti isə 134,271 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti