...

İnvestorlar nazirliyin 20 milyon manat məbləğində istiqrazlarını alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2016 19:04 (UTC +04:00)
Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
İnvestorlar nazirliyin 20 milyon manat məbləğində istiqrazlarını alıblar

Bakı. Ənvər Məmmədov – Trend:

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 10 sifariş təqdim olunub.

Sifarişlərin nominal üzrə ümumi məbləği 16 123,2 min  manat təşkil edib. Sifarişlər 82.1285 manat (21.8803%) və 91.3500 manat (9.5212%) qiymət intervalında təqdim edilib.  Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti  91.3500 manat(9.5212%) orta ölçülmüş qiyməti 91.3500 manat (9.5212%)  təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcək.  İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  5 473 400  manat təşkil edib. İstiqrazların ödəmə tarixi  22.08.2017-ci ildir. İstiqrazların tədavül müddəti –  364 gündür.

Bundan başqa, həmin tarixdə BFB-də Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.  Hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14 005,700.00 manat təşkil edib.

Sifarişlər 91.6180 manat (18.4998%) və 96.1943 manat (7.9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti  94.8400 manat (11.0017%) orta ölçülmüş qiyməti 95.6251 manat (9.2512 %) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcək.  İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  7 320 200  manat təşkil edilib. İstiqrazların ödəmə tarixi  21.02.2017-ci ildir. İstiqrazların tədavül müddəti –  182 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti