...

Azərbaycan, Qazaxıstan, Gürcüstan yük daşımaları tariflərinin azaldılmasını müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2016 11:42 (UTC +04:00)
Astanada Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yol administrasiyaları rəhbərləri ölkələrin yük göndərənləri, iri operatorları və iri şirkətləri ilə yüklərin daşınması üçün qarşılıqlı sərfəli əməkdaşlığı və əlverişli şəraiti müzakirə ediblər.
Azərbaycan, Qazaxıstan, Gürcüstan yük daşımaları tariflərinin azaldılmasını müzakirə edib

Bakı. Azad Həsənli - Trend:

Astanada Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yol administrasiyaları rəhbərləri ölkələrin yük göndərənləri, iri operatorları və iri şirkətləri ilə yüklərin daşınması üçün qarşılıqlı sərfəli əməkdaşlığı və əlverişli şəraiti müzakirə ediblər.

Bu barədə Trend "Qazaxıstan Dəmir Yolları" mətbuat xidmətinə istinadən məlumat verir. 

Görüşdə söhbət Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisi üzrə metal məhsulları, taxıl, neft, qaz yükləri, eləcə də konteyner daşımaları üzrə tarif dərəcələrinin azaldılmasından gedib. 

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov da iştirak edib.

O bildirib ki, Azərbaycan ixrac və idxal mallarının daşınması üçün yaxşı şərtlər təklif etməyə hazırdır: "Məsələn, ilin sonunda Gürcüstan üzərindən Türkiyəyə birbaşa keçidi açırıq. Bununla da Türkiyənin, Şimali Afrika və ərəb ölkələrinin cənub limanlarına çıxışı yaranacaq".







 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti