...

Azərbaycan iqtisadiyyatın "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey"ni cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2016 20:34 (UTC +04:00)
Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətini cəlb edib
Azərbaycan iqtisadiyyatın "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey"ni cəlb edib

Bakı. Trend:

Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətini cəlb edib.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" yazır.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Financial Times"a bildirib ki, Azərbaycan postneft dövrünü 10-15 ildən sonra gözləyirdi: "Amma biz bu vəziyyətlə praktiki olaraq artıq bu gün qarşılaşmışıq".

Onun sözlərinə görə, Azərbaycanın gömrük gəlirləri 2016-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb.

Prezidentin köməkçisi qeyd edib ki, hökumət dövlət orqanları tərəfindən yoxlamaların sayını kəskin şəkildə azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti