...

“Azər Türk Bank”dan xaricdə təhsil alan tələbələrə dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2016 17:51 (UTC +04:00)
“Azər Türk Bank” xaricdə təhsil alan tələbələrə dəstək kampaniyasına davam edir.
“Azər Türk Bank”dan  xaricdə təhsil alan tələbələrə dəstək

Bakı. Trend:

“Azər Türk Bank” xaricdə təhsil alan tələbələrə dəstək kampaniyasına davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, sosial məsuliyyəti fəaliyyətində ön planda tutan Azər Türk Bank, bir müddət əvvəl “Sizinlə Gələcək” kampaniyasına start verib.

Kampaniya çərçivəsində yüzlərlə xaricdə təhsil alan tələbələrə bank tərəfindən pulsuz MasterCard Standart kartı hədiyyə olunub. Tələbələrə dəstək məqsədilə təşkil olunmuş kampaniya davam edir. Tələbələr xarici universitetdə oxuduğunu təsdiq edən hər hansı rəsmi sənəd və ya tələbə bileti təqdim etməklə bu kampaniyadan yararlana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti