...

Bu gündən daha 2503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2016 14:30 (UTC +04:00)
Bu gündən dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib.
Bu gündən daha 2503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır

Bakı. Trend:

Bu gündən dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib.

Bu barədə Trend-ə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Bununla da, artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.

Beləliklə, 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti