...

Bank VTB-nin (Azərbaycan) "Azadlıq" filialının iş qrafiki dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2016 16:56 (UTC +04:00)
Müştərilərinin rahatlığı və xidmət səviyyəsinin artırılması məqsədi ilə Bank VTB (Azərbaycan) paytaxtdakı mərkəzi ofislərindən biri olan “Azadlıq” filialının uzadılmış iş qrafikində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edib.
Bank VTB-nin (Azərbaycan) "Azadlıq" filialının iş qrafiki dəyişib

Bakı. Trend:

Müştərilərinin rahatlığı və xidmət səviyyəsinin artırılması məqsədi ilə Bank VTB (Azərbaycan) paytaxtdakı mərkəzi ofislərindən biri olan “Azadlıq” filialının uzadılmış iş qrafikində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, bu zaman vacib faktor kimi tədris ilinin başlanması və bununla əlaqədar yollarda yaranan sıxlıq nəticəsində müştərilərin bank əməliyyatlarını adi iş qrafiki çərçivəsində həyata keçirməkdə çətinlik çəkəcəyi nəzərə alınıb.

Bankın qərarına əsasən, “Azadlıq” filialı aşağıdakı qrafiklə müştərilərinə xidmət göstərməyə davam edəcək:

Bazar ertəsi – Cümə - 9:00 – 21:00
Şənbə - 10:00 – 19:00
Bazar – istirahət günü

Uzadılmış iş qrafiki müştərilərə kredit borcunun ödənilməsi, valyuta mübadiləsi, sürətli pul köçürmə sistemləri vasitəsi ilə pul göndərmək və almaq, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartın sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların alınması, kredit sifarişlərinin qəbulu və məsləhətlər kimi xidmətlərdən onlar üçün rahat olan vaxtda istifadə etmək imkanı verir.

VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib: “İş qrafikinin uzadılması banka müasir tələblərə cavab verməyə imkan yaradır. Təcrübəmiz sübut etdi ki, filialın iş qrafikinin artırılması barədə qərar düzgün addım idi, axşam saatlarında və şənbə günlərində istər fiziki, istər hüquqi şəxslər tərəfindən bank xidmətlərinə böyük tələbatın olduğunu müşahidə etdik. Bundan sonra da bank əməliyyatlarını vaxtında yerinə yetirmək üçün müştərilərimizə işdən icazə almağa ehtiyac olmayacaq”.

“Azadlıq” filialı Bakıda, Azadlıq prospekti, 92 ünvanında, Nəsimi bazarının yanında yerləşir. Daha ətraflı məlumatı bankın vahid 986 (Azercell nömrələrindən – 012 986) qısa nömrəsindən almaq olar.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti