...

Mərkəzi Bank: Söhbət yararsız metal pul nişanlarından gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2016 11:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı barədə yayılan məlumatları şərh edilb.
Mərkəzi Bank: Söhbət yararsız metal pul nişanlarından gedir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı barədə yayılan məlumatları şərh edilb.

Bankdan Trend-ə verilən məlumata görə, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.

Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir.

AMB bildirir ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Anoloji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti