...

Mərkəzi Bankın təşəbbüsü ilə təlimlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2016 16:16 (UTC +04:00)
“Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları” adlı seminar keçirib.
Mərkəzi Bankın təşəbbüsü ilə təlimlər keçirilib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) Uşaq və Gənclərin Maliyyə Savadlılığı üçün Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyə savadlılığı layihəsi üzrə tərəfdaş qurumlar üçün “Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları” adlı seminar keçirib.

AMB-dən Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd uşaq və gənclərin maliyyə savadlılığının artırılması sahəsində fəal iştirak edən aidiyyatı qurumların potensialı və onların bu sahədə çalışan əməkdaşlarının texniki ekspert biliklərinin gücləndirilməsi, eləcə də maliyyə savadlılığı üzrə təlimçilərə mütərəqqi yanaşma və metodların ötürülməsi olub.

"Accessbank" QSC-nin təlim mərkəzində keçirilmiş üç günlük seminarda Vışeqrad Qrupu ölkələrində maliyyə savadlılığı sahəsində tətbiq olunan təlim metodologiyaları, aktiv təlim metodlarının üstün cəhətləri, uşaq və gənclərin maliyyə inklyuzivliyinin önəmi və onların ehtiyaclarına uyğun bank məhsul və xidmətlərinin hazırlanması kimi məsələlər müzakirə edilib.

Seminarda Mərkəzi Bank, ölkədə fəaliyyət göstərən banklar və QHT-lərin nümayəndələrindən ibarət 20 nəfər iştirak edib.

Sonda seminar iştirakçılarına müvafiq sertifikatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti