...

Azərbaycanın kiçik və orta müəssisələrinin aktivlərində daşınmaz əmlakın payı azdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2016 17:25 (UTC +04:00)
Azərbaycanın kiçik və orta müəssisələrinin aktivlərində daşınmaz əmlakın payı çox azdır.
Azərbaycanın kiçik və orta müəssisələrinin aktivlərində daşınmaz əmlakın payı  azdır

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanın kiçik və orta müəssisələrinin aktivlərində daşınmaz əmlakın payı çox azdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev daşınar əmlakın yüklülüyü sahəsində islahatlara həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, bu, maliyyə resurslarının cəlb edilməsi zamanı çətinliklər yaradır.

Z. Nuriyev qeyd edib ki, hazırda Azərbaycanda mövcud olan kiçik və orta müəssisələrin aktivlərinin təqribən 22 faizini daşınmaz əmlak təşkil edir: "Bu, çox aşağı göstəricidir, belə ki, banklar və maliyyə institutları tərəfindən qəbul edilən girov əmlakın 70 faizindən çoxu daşınmaz əmlakın payına düşür. Bu da kiçik və orta müəssisələrinin maliyyələşdirməyə çıxışındakı çətinliklərini izah edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti