...

Polşa Azərbaycanın aqrar sənayesinə sərmayə qoymaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2016 18:50 (UTC +04:00)
Polşa sahibkarlarından ibarət qrup sentyabrın sonunda aqrar sahədə konkret layihələrin müzakirəsi və investisiya imkanları ilə tanış olmaq üçün Azərbaycana gələcək.
Polşa Azərbaycanın aqrar sənayesinə sərmayə qoymaq istəyir

Bakı. Səba Ağayeva - Trend:

Polşa sahibkarlarından ibarət qrup sentyabrın sonunda aqrar sahədə konkret layihələrin müzakirəsi və investisiya imkanları ilə tanış olmaq üçün Azərbaycana gələcək. Bunu Trend -ə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Polşa sahibkarları aqrar sahədə Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər: "Xüsusilə ərzaq məhsullarının istehsalı, birgə müəssisələrin yaradılması, Azərbaycanda kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi perspektivli sahələr hesab edilir".

Polşa hökuməti nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanlarını da nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti