...

DGK: Azərbaycanda bu il gömrük yığımları üzrə proqnoz artıqlaması ilə icra edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2016 16:49 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə proqnozu 88,4 faiz yerinə yetirib.
DGK: Azərbaycanda bu il gömrük yığımları üzrə proqnoz artıqlaması ilə icra edilə bilər

Bakı. Ənvər Məmmədov – Trend:

Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə proqnozu 88,4 faiz yerinə yetirib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

O bildirib: "Bildiyiniz kimi, 2016-cı ilin dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 1,81 milyard manat səviyyəsində planlaşdırılıb. İlin əvvəlindən bu günədək DGK gömrük rüsumları və vergiləri üzrə yığımlardan 1,6 milyard manatın köçürülməsini təmin edib".

A. Əliyev hesab edir ki, 2016-cı ildə gömrük daxilolmaları üzrə illik proqnozun icrası ilə bağlı problem olmayacaq: "Biz bu il üçün proqnozu nəinki yerinə yetirəcəyik, həm də artıqlaması ilə icra edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti