...

Subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2016 18:31 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu yaradılıb.
Subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır

Bakı. Trend:

Sentyabrın 17-də Sabirabadda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr edilmiş birinci ümumrespublika müşavirəsində qarşıya qoyulan vəzifələrin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icrasının təmin edilməsi məqsədilə kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işçi qrupu on gün müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq.

İşçi qrupuna eyni zamanda müasir texnologiyalar əsasında məhsul istehsalının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların veriləcəyi məhsulların siyahısı, subsidiyaların verilməsinin şərtləri və məbləğləri barədə təklifləri də hazırlayaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilməsi tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti