...

Azərbaycan banklarından biri adını dəyişdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2016 10:42 (UTC +04:00)
Monteneqroda fəaliyyət göstərən "Azmont Bank" Azərbaycan bankı adını dəyişib.
Azərbaycan banklarından biri adını dəyişdi

Bakı. Ənvər Məmmədov - Trend:

Monteneqroda fəaliyyət göstərən "Azmont Bank" Azərbaycan bankı adını dəyişib. Trend Monteneqro Fond Birjasının məlumatına istinadən xəbər verir ki, bank bundan sonra "Nova Banka Podgorica" adı altında fəaliyyət göstərəcək.

Bank "Azmont Investments" və "Azerbaijan Global Investments" (AGI) şirkətləri tərəfindən yaradılıb və nizamnamə kapitalı 13, 4 milyon dollar təşkil edir.

Bankın Direktorlar Şurasına Əhməd Erentok rəhbərlik edir, Şuraya həmçinin Rəşad Əliyev, Rəşad Rəsullu, Qorxmaz Ağayev və Anna İvanoviç daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti