...

AİB 2017-ci ildə Azərbaycan iqtisadiyyatının artım proqnozunu saxlayıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2016 10:49 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda iqtisadi artımı 1 faiz səviyyəsində gözləyir.
AİB 2017-ci ildə Azərbaycan iqtisadiyyatının artım proqnozunu saxlayıb  (YENİLƏNİB)

Bakı. Azad Həsənli – Trend:

Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda iqtisadi artımı 1 faiz səviyyəsində gözləyir.

Trend-in məlumatına görə, bu barədə AİB-in yenilənmiş hesabatında deyilir.

Əvvəlki hesabatla müqayisədə bankın ekspertləri 2017-cü il üçün Azərbaycan ÜDM-in artımı üzrə gözləntilərini saxlayıblar.

AİB bu il ölkə iqtisadiyyatının 2,5 faiz azalacağını proqnozlaşdırır.

İnflyasiyaya gəlincə, AİB-in məlumatına görə, 2016-cı ildə 12 faiz təşkil edəcək, 2017-ci ildə iki dəfədən çox - 5,2 faizədək azalacaq.

Hesabata əsasən, neftin qiymətinin düşməsi ixracatçı ölkələrin dövlət borcunun artmasına gətirib çıxarıb: "2015-ci ildəki devalvasiyaya baxmayaraq, SOFAZ-ın Azərbaycanda 37 milyard dollarlıq aktivləri var. Bu aktivlər borcun maliyyələşdirilməsi və borcun ÜDM-ə nisbətdə 40 faizdən çox olmayan səviyyədə saxlanılması üçün güclü buferi təmin edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti