...

Mərkəzi Bank sığortalanmış əmanətlərin maliyyə qarantı kimi çıxış edəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2016 12:33 (UTC +04:00)
Azərbaycan Mərkəzi Banlı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunu zərurət yaranacağı təqdirdə vəsaitlərlə təmin etməli olacaq.
Mərkəzi Bank sığortalanmış əmanətlərin maliyyə qarantı kimi çıxış edəcək (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycan Mərkəzi Bankı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunu zərurət yaranacağı təqdirdə vəsaitlərlə təmin etməli olacaq.

Trend-in məlumatına görə, bu "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər layihəsində nəzərdə tutulub.

Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.

Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev qeyd edib ki, bu dəyişiklik "Mərkəzi Bank haqqında" qanunun "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğunlaşdırılması üçün təklif edilib: "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklərə əsasən, ADIF AMB-yə kredit üçün müraciət edə biləcək. Kredit Mərkəzi Bankın lazımi məbləğinin olması halında və bu vəsaitin onun siyasətinə zərər verməyəci təqdirdə dövlət təminatı ilə təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti