...

PAŞA Bank SIBOS 2016 beynəlxalq forumda çıxış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2016 18:37 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri PAŞA Bank bu həftə Cenevrədə keçirilən SIBOS 2016 Beynəlxalq Maliyyə Sənayesi Sərgi-forumunda iştirak edib.
PAŞA Bank SIBOS 2016 beynəlxalq forumda çıxış edib

Bakı. Trend:

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank bu həftə Cenevrədə keçirilən SIBOS 2016 Beynəlxalq Maliyyə Sənayesi Sərgi-forumunda iştirak edib.

Bankdan Trend-ə verilən məlumata görə, həmişə olduğu kimi, tədbirin işində aparıcı beynəlxalq bankların, maliyyə strukturlarının və korporasiyaların nümayəndələri, habelə müstəqil konsultantlar, maliyyə sektoru üzrə proqram təminatlarının layihəçiləri və təchizatçıları iştirak edib.

Bu il SİBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, “rəqəmsal bankçılıq” modelinə keçid aspektləri, sektorda son texnoloji meyllər, komplayens və risk-menecmentdə yeniliklərin tətbiqi, habelə bank sənayesinin bir çox digər aktual inkişaf məsələləri əsas müzakirə mövzuları sırasındadır.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, tədbirin miqyasını nəzərə alaraq, SİBOS beynəlxalq forumu bütün dünya maliyyə sektorunun gələcək inkişaf meyllərini müəyyən edən məsələlərin həll olunduğu biznes-meydançaya çevrilib.

T.Kazımov yekunlaşdıraraq qeyd edib: “Bu mühüm bank tədbirində sayca 7-ci iştirakımızı təkcə imkanlarımızın və ötən il ərzində əldə etdiyimiz nailiyyətlərin təqdim edilməsi prizmasından deyil, həm də bazarın liderləri ilə yeni işgüzar əlaqələrin qurulması və texnoloji yenilikləri ilə tanışlıq prizmasından qiymətləndiririk. Bu səbəbdən SIBOS sərgi-forumu çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə işgüzar görüşlərimiz keçirilib. Görüşlərin əsas mövzuları ikitərəfli münasibətlərin inkişafı, təcrübə mübadiləsi və ən başlıcası – PAŞA Bankın fəaliyyət göstərdiyi ölkələr olan Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları üçün dünya arenasında fəaliyyət imkanlarının genişləndirilməsi idi”.

Qeyd edək ki, SIBOS Ümumdünya Banklar-arası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçılığı ilə həyata keçirilmişdir. Növbəti forum Kanadanın Toronto şəhərində baş tutacaq.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 430 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı "Azərbaycanın Ən Yaxşı Bankı" adlandırıb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti