...

Nobel laureatı Azərbaycanda iqtisadi islahatları müsbət qiymətləndirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2016 12:19 (UTC +04:00)
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) olub.
Nobel laureatı Azərbaycanda iqtisadi islahatları müsbət qiymətləndirdi (FOTO)

Bakı. Trend:

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, İİTKM-in içraçı direktoru Vüsal Qasımlı Nobel mükafatçısına Azərbaycan iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, aparılan islahatar və Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verib.

E.Preskott Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək ölkənin müstəqil siyasət yürütməsinə önəm verdiyini qeyd edib. Sonra müzakirələr Azərbaycan iqtisadiyyatı ilə yanaşı, başlıca qlobal iqtisadi trendlər, həmçinin ABŞ, Aİ və Yaponiya iqtisadiyyatlarında baş verən proseslər istiqamətində davam edib.

Görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov da iştirak edib.

Yekunda E.Preskott Azərbaycan iqtisadçıları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Qeyd edək ki, E.Preskott Finn Kidlendlə birlikdə dinamik makroiqtisadiyyat sahəsində apardığı tədqiqatlara görə 2004-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti