...

ADIF yarım milyard manata yaxın kredit üçün Mərkəzi Banka müraciət edib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2016 11:25 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 460 milyon manat həcmində kredit əldə etmək üçün Mərkəzi Banka müraciət edib.
ADIF yarım milyard manata yaxın kredit üçün Mərkəzi Banka müraciət edib  (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 460 milyon manat həcmində kredit əldə etmək üçün Mərkəzi Banka müraciət edib.

Trend-in məlumatına görə, bunu ADIF-in sədri Azad Cavadov deyib. A.Cavadov qeyd edib ki, kredit 10 il müddətinə cəlb ediləcək. Mərkəzi Bankın krediti üzrə faiz dərəcəsi illik 0,15 faiz təşkil edəcək.

Kredit ləğv edilmiş "Bank Standard" ASC-nin əmanətçilərinə kompensasiya ödənişi məqsədilə cəlb ediləcək.

Onun sözlərinə görə, ümumilikdə bu bankda fiziki şəxslərin əmanətlərinin həcmi 603 milyon manat, o cümlədən sığortalanmış əmanətlərin həcmi 568 milyon manat təşkil edir: "Sığortalanmış əmanətçilərin ümumi sayı 138 min nəfər təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti