...

"Zaminbank" müflis elan olunub (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2016 12:14 (UTC +04:00)
"Zaminbank" ASC müflis elan olunub.
"Zaminbank" müflis elan olunub (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

"Zaminbank" ASC müflis elan olunub.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbəri Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu, bankın "Başak İnam" sığorta şirkətində yerləşdirilmiş aktivlərinin satışına təsir göstərəcək.

"Zaminbank" "Başak İnam" sığorta şirkətində səhmlərin 24 faizinə sahibdir.

A.Cavadov deyib: "Zaminbank"ın aktivlərinin qiymətləndirilməsini başa çatdırdıq və onun müflis elan edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti