...

Soğan ucuzlaşıb, xiyar, badımcan, pomidor bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2016 16:49 (UTC +04:00)
Sentyabr ayında heyvandarlıq məhsullarından mal ətinin, quş ətinin, yumurtanın istehsalçı qiyməti artıb.
Soğan ucuzlaşıb, xiyar, badımcan, pomidor bahalaşıb

Bakı. Trend:

Azərbaycanda 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində azalma, lobyanın, xiyarın, badımcanın, pomidorun, bibərin, baş sarımsağın, fındığın, armudun istehsalçı qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında heyvandarlıq məhsullarından mal ətinin, quş ətinin, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti