...

Azərbaycanda 15 il üçün Məşğulluq Strategiyası hazırlanır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2016 12:42 (UTC +04:00)
Demokrafik artım şəraitində əmək bazarına axın edəcək xeyli sayda gənc insanların işlə təminatı ölkə qarşısında dayanan əsas vəzifələrdən biridir.
Azərbaycanda 15 il üçün Məşğulluq Strategiyası hazırlanır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov – Trend:

Demokrafik artım şəraitində əmək bazarına axın edəcək xeyli sayda gənc insanların işlə təminatı ölkə qarşısında dayanan əsas vəzifələrdən biridir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Binəqədi rayonu Məşğulluq Mərkəzinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, bununla əlaqədar nazirlik müvafiq orqanlara qarşıdakı 15 il üçün Məşğulluq Strategiyasını hazırlayır.

Nazir əlavə edib ki, Azərbaycanda güclü demoqrafik artım nümayiş olunur və əhalinin orta illik artımı 1,2-1,3 faiz təşkil edir: ”Əhalinin sayı isə 10 milyon nəfərə yaxınlaşır. Əhalinin təxminən 26 faizini gənclər təşkil edir. Gənclər arasında işsizliyin göstəricisi ölkə üzrə orta göstəricidən iki dəfə çoxdur və buna görə də bu rəqəmi beş faiz səviyyəsinədək azaltmaq vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti