...

ADIF "Bank Standard"ın əmanətçilərinə 80 min manatadək əmanəti qaytarmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2016 12:13 (UTC +04:00)
11 oktyabr 2016-cı il tarixdən etibarən QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb.
ADIF "Bank Standard"ın əmanətçilərinə 80 min manatadək əmanəti qaytarmağa başlayıb

Bakı. Ənvər Məmmədov – Trend:

11 oktyabr 2016-cı il tarixdən etibarən QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Trend-in Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi məlumata görə, qeyd olunan tarixdən etibarən əmanətçilər ləğv prosesində olan QSC “Bank Standard” KB-nin filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13.10.2016 il tarixindən etibarən 50 000 (əlli min) ABŞ dollar və 80 000 (səksən min) AZN məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyaların ödənişi ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti