...

Azərbaycan sahibkarlarının 62 layihəsi investisiyaların təşviqi sənədi alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2016 13:06 (UTC +04:00)
2016-ci ilin aprelindən Azərbaycan sahibkarlarının 787 milyon manat dəyərində 62 layihəsi investisiyaların təşviqi sənədi alıb.
Azərbaycan sahibkarlarının 62 layihəsi investisiyaların təşviqi sənədi alıb

Bakı. Azad Həsənli – Trend:

2016-ci ilin aprelindən Azərbaycan sahibkarlarının 787 milyon manat dəyərində 62 layihəsi investisiyaların təşviqi sənədi alıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda deyib.

Nazirin sözlərinə görə, hazırda 55 milyon manat məbləğində doqquz layihəyə baxılır: "Bu layihələrin həyata keçirilməsi beş mindən çox yeni iş yerinin açılmasına imkan verəcək".

Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə təxminən iki milyard manat məbləğində güzəştli kredit verilib ki, bu da iqtisadiyyatın müxtəlif sahələrində 32 minə yaxın layihəni həyata keçirməyə imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti