...

Cavid Qurbanov: Azərbaycan vətəndaşlarının banklardan asılılığını zəiflətmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2016 14:31 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının banklardan asılığını zəiflətmək və əksinə bankların vətəndaşlardan asılılığını artırmaq lazımdır.
Cavid Qurbanov: Azərbaycan vətəndaşlarının banklardan asılılığını zəiflətmək lazımdır

Bakı. Azad Həsənli – Trend:

Azərbaycan vətəndaşlarının banklardan asılığını zəiflətmək və əksinə bankların vətəndaşlardan asılılığını artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, devalvasiyadan qorxmaq lazım deyil, sadəcə əmək haqlarını artırmaq lazımdır ki, insanların həyatı yaxşılaşsın.

C.Qurbanov hesab edir ki, vergi sistemində ciddi islahatlar aparmaq və vergi bazasını genişləndirmək lazımdır: "Onu (vergi siyasətini) sərtləşdirmək lazımdır. Hamı vergi ödəməlidir, lakin əhalinin bəzi təbəqələri üçün vergi dərəcələrini yüngülləşdirmək lazımdır ki, insanlar gəlirlərinə uyğun vergi ödəsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti