...

Tranzit yükdaşıma ilə bağlı yük aşırılma xidmətinə görə vergi tutulmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2016 18:11 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Tranzit yükdaşıma ilə bağlı yük aşırılma xidmətinə görə vergi tutulmayacaq

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir:

"Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması

165.1. Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

165.1.4. beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti