...

Azərbaycan Gürcüstana ixracı azaltdı - təxminən 20 faiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2016 07:59 (UTC +04:00)
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 415,1 milyon dollar təşkil edib.
Azərbaycan Gürcüstana ixracı azaltdı - təxminən 20 faiz

Bakı. Azad Həsənli - Trend:

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Gürcüstana məhsul ixracının həcmi 17,4 faiz azalaraq ümumilikdə 321,16 milyon dollar təşkil edib. Trend bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatına istinadən məlumat verir.

Hesabata görə, Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr arasında 6-cı yeri tutur.

Bu siyahıda liderliyi Kanada edir - təxminən 1,8 milyard dollar, daha sonra Türkiyə 997,8 milyon dollarla ikinci yerdə, İrlandiya isə 620,34 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Hesabata görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 415,1 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti