...

AccessBank-ın təklif etdiyi myCard indi daha cəlbedici oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2016 15:04 (UTC +04:00)
Bir çox kart funksiyalarını özündə cəmləşdirən myCard-ı artıq ABŞ dolları və avro valyutalarında da əldə edə bilərsiniz.
AccessBank-ın təklif etdiyi myCard indi daha cəlbedici oldu

Bakı. Trend:

Bir çox kart funksiyalarını özündə cəmləşdirən myCard-ı artıq ABŞ dolları və avro valyutalarında da əldə edə bilərsiniz.

AccessBank-dan Trend-ə verilən məlumata görə, myCard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, hər bir müştəri kart hesablarında olan müsbət qalığa illik 5%-ə qədər gəlir əldə edəcək.

Həmçinin, myCard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər. Bundan əlavə, myCard-la edilən ödənişlərə AccessQazanc proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində AccessBank-ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştəriyə geri qayıdır.

Bankın bütün yeni və cari müştəriləri myСard-ı məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər.

Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından, və ya 151 ümumi zəng mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti