...

Tələbələr hansı şirkətlərdə işləməyi üstün tutur və niyə? - İNFOQRAFİKA

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2016 17:24 (UTC +04:00)
Azərbaycanda mindən artıq universitet tələbəsinin iştirak etdiyi, EY tərəfindən keçirilmiş 2015-ci ilin Ən Yaxşı İşəgötürən Sorğusunun nəticələrinə görə sorğu iştirakçılarının 60%-i karyerada yüksəliş imkanını işəgötürənin seçimində əsas meyar hesab edir.
Tələbələr hansı şirkətlərdə işləməyi üstün tutur və niyə? - İNFOQRAFİKA

Tələbələr hansı şirkətlərdə işləməyi üstün tutur və niyə?

Azərbaycanda mindən artıq universitet tələbəsinin iştirak etdiyi, EY tərəfindən keçirilmiş 2015-ci ilin Ən Yaxşı İşəgötürən Sorğusunun nəticələrinə görə sorğu iştirakçılarının 60%-i karyerada yüksəliş imkanını işəgötürənin seçimində əsas meyar hesab edir.

EY şirkəti onlayn sorğunun keçirilməsində göstərdikləri köməyə görə “HeadHunter” və “Smart Resources Group” şirkətlərinə və tələbələr arasında sorğu anketlərinin paylanmasında göstərdikləri əməkdaşlığa görə Azərbaycanın qabaqcıl universitetlərinə dərin minnətdarlığını bildirir.

Tələbələr işəgötürəndə nəyi axtarır?

Sorğu nəticələrinə görə, sorğu iştirakçılarının 60%-i 2015-ci ildə karyerada yüksəliş imkanını işəgötürənin cəlbedici olmasında ən -vacib faktor olaraq qeyd etmişlər. Karyera perspektivlərindən əlavə, tələbələr həmçinin əmək haqqı səviyyəsi, beynəlxalq təcrübə, şəxsi və peşəkar təkmilləşmə üçün imkanlar və iş rejimi ilə maraqlanır. Qeyd etmək lazımdır ki, yalnız 14% tələbə rəsmi əmək münasibətlərini (əmək müqaviləsi əsasında) işəgötürənin seçimində vacib meyar olaraq qeyd etmişdir.

Tələbələr harada işləmək istəyir?

Bu il sorğu iştirakçıları müstəqil şəkildə işləmək üçün üstünlük verdikləri 170 şirkətin adını qeyd etmişlər. Sorğu nəticələrinə əsasən, 2015-ci ildə ən cəlbedici işəgötürənlər aşağıdakılardır (əlifba sırası ilə): Azercell, Azersun Holdinq, BP, Gilan Holdinq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Procter & Gamble, PAŞA Holdinq, Schlumberger, SOCAR və Böyük Dördlüyə daxil olan audit şirkətlərindən biri. Təəccüblü deyil ki, bu şirkətlər əsasən böyük və tanınmış beynəlxalq və Azərbaycan şirkətləridir və gənc namizədlər arasında onların işəgötürən kimi cəlbediciliyi onların korporativ və məhsul brendlərindən xəbərdar olması ilə əlaqədardır.

Tələbələr işəgötürən haqqında məlumatı hardan əldə edir?

Sorğu iştirakçılarının böyük əksəriyyəti işəgötürənlər haqqında məlumatı internetdəki xəbərlər (51%) daxil olmaqla internet mənbələrindən (70%), sosial şəbəkələr (49%), internetdəki reklamlar (25%) və işədüzəlmə portallarından (23%) alır. Qeyd etmək olar ki, internetdən xəbərlər və sosial şəbəkə kimi rabitə kanalları tələbələrə məlumatın çatdırılması üçün korporativ internet səhifələri və ya işədüzəltmə portallarından daha təsirlidir.

İş axtarışı zamanı tələbələrin üzləşdiyi çətinliklər

Sorğu nəticələri göstərir ki, tələbələrin əksəriyyəti (39%) iş axtaran və ya işə düzələn zaman çətinlik çəkmir. Eyni zamanda, müəyyən çətinlikləri olan tələbələr işə düzəlmə zamanı ən mühüm çətinliyi şirkətlərlə anlaşılmazlığın (xüsusilə, qeyri-müəyyən namizəd seçimi prosesi, şirkət və orada iş imkanları haqqında məhdud informasiya, qeyri-müəyyən ünsiyyət) olduğunu qeyd edir. Bu, yerli əmək bazarında istedadları hədəfə alan şirkətlərin işə götürmə funksiyalarının yerinə yetirməsi ilə bağlı mühüm ismarışdır, belə ki, işəgötürənin nüfuzunun formalaşdırılmasında uğurlu olması və işə götürmə strategiyası əhəmiyyətli dərəcədə ünsiyyətin effektivliyinə əsaslanır.

Tələbələr iş üçün yaşayış yerinin dəyişməsi haqqında nə fikirləşir?

Tələbələrin 70%-indən çoxu iş məqsədləri üçün yaşayış yerini dəyişməyə hazırdır. İmkan verilərsə, onların 54%-i bir il içərisində, 13%-i isə müvafiq olaraq 3 il ərzində yaşayış yerini dəyişər. Digər tərəfdən, bütün tələbələrin üçdə biri xaricdə yaşamağı qısa və orta müddətli perspektivdə düşünmür. Bu nəticələr bir daha göstərir ki, tələbələrin əksəriyyəti işəgötürənin seçimi zamanı beynəlxalq təcrübə əldə etmək imkanını cəlbedici faktor hesab edir.

Sorğu haqqında

Azərbaycanda Ən Yaxşı İşəgötürən Sorğusu 2015-cı ildən EY tərəfindən keçirilir. Sorğunun əsas məqsədi tələbələrin işəgötürəni seçən zaman üstünlük verdikləri amilləri təhlil etməkdir. EY-ın metodologiyasına əsasən sorğu iştirakçılarından müstəqil qaydada cəlbedici hesab etdikləri üç işəgötürənin adını qeyd etmək xahiş olunur. Sorğu iştirakçıları həmçinin, işəgötürənin cəlbedicilik faktorlarını və onlar haqqında məlumat mənbələri qeyd edir, eləcə də, əmək bazarında əsas tendensiyaları müəyyən etməyə kömək edən bəzi digər sualları cavablandırır.

EY Azərbaycanda İnsan resursları üzrə Məsləhət Xidmətləri işəgötürənin işçilər, podratçılar və biznes partnyorları arasında nüfuzunu qiymətləndirir və həmçinin, digər İR ilə əlaqədar məsələlər üzrə məsləhət xidmətləri göstərir.

Peşəkarlar harada işləməyi seçir və niyə?

EY tərəfindən keçirilmiş 2015-ci ilin Ən Yaxşı İşəgötürən Sorğusunun nəticələri peşəkar namizədlərin karyerada yüksəliş imkanını işəgötürənin cəlbediciliyində əsas faktor olduğunu göstərir. Müxtəlif sahələrdə iş təcrübəsinə malik 1400-dən artıq sorğu iştirakçısı sorğuda iştirak etmişdir. EY şirkəti onlayn sorğunun keçirilməsində göstərdikləri köməyə görə “HeadHunter” və “Smart Resources Group” dərin minnətdarlığını bildirir.

Namizədlər işəgötürəndə nəyi axtarır?

Sorğu nəticələrinə görə, peşəkar namizədlər üçün işəgötürənin seçimində əsas meyar karyerada yüksəliş (77%), eləcə də, şəxsi və peşəkar təkmilləşmə imkanıdır. Bunlardan əlavə, peşəkar namizədlər ən çox korporativ mədəniyyət, beynəlxalq təcrübə əldə etmək perspektivi və əmək haqqı səviyyəsinə diqqət yetirir. Peşəkar namizədlər və tələbələrin üstün tutduqları meyarlar arasında əsas fərq onların əmək haqqına əlavələrə yanaşmadır.

Belə ki, peşəkar namizədlər üçün əmək haqqına əlavələr (34% sorğu iştirakçıları tərəfindən qeyd edilmişdir) tələbələrlə (14% sorğu iştirakçısı tərəfindən qeyd edilmişdir) müqayisədə daha vacibdir.

Namizədlər harada işləmək istəyir?

Namizədlər Azərbaycanda ən yaxşı işəgötürən hesab etdikləri 200 müxtəlif şirkətin adını qeyd etmişlər. Faktiki olaraq, adı çəkilən şirkətlərin çoxu tez istehlak edilən gündəlik tələbat malları, peşəkar xidmətlər və telekommunikasiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərdir. Peşəkar namizədlərin rəyinə görə, ən cəlbedici işəgötürən şirkətlər BP, McKinsey & Company, PAŞA Bank, PAŞA Holdinq, PMD Group, SAIPEM, SOCAR və Böyük Dördlüyə daxil olan audit şirkətlərinin bir neçəsi.

Namizədlər işəgötürən haqqında məlumatı hardan əldə edir?

Peşəkarların rəyinə görə işəgötürənlər haqqında məlumatın ən geniş yayılmış mənbəyi internet resurslarıdır (71%). Namizədlərin çoxu onların arasından ən çox istifadə edilən işə düzəltmə portalları və sosial şəbəkələrin adlarını (hər iki mənbə üzrə 46% namizəd qeyd aparmışdır) qeyd etmişlər.

İnternet mənbələrindən başqa, peşəkar namizədlər həmçinin bir çox hallarda şəxsi və işgüzar tanışlarının vacib məlumat mənbəyi olduğunu qeyd etmişlər. Sorğu iştirakçılarının 40%-i qeyd etmişlər ki, onlar işəgötürən haqqında məlumatı dostları və qohumlarından və 20% qeyd edilmiş işgüzar tanışlarından almışlar. Bundan əlavə, sorğu iştirakçılarından hər üçündən biri ənənəvi kütləvi informasiya vasitələrindən məlumat alır.

İş axtarışı zamanı namizədlərin rastlaşdığı çətinliklər

Sorğu nəticələri göstərir ki, namizədlərin əksəriyyəti (46%) iş axtaran zaman çətinliklə üzləşmir. Buna baxmayaraq, tələblər kimi peşəkarların da rastlaşdığı ən mühüm çətinliklər şirkətlərdə namizəd seçimi prosesi və məşğulluq imkanları barədə məlumatın az olması, eləcə də, şirkətlə anlaşılmazlığın olmasıdır. Bu problemlərin hər iki auditoriya (tələbələr və peşəkar namizədlər) tərəfindən qeyd edilməsi faktı təsdiq edə bilər ki, şirkətlər İşəgötürənin Güzəştli Təklifləri haqqında məlumatın hansı formada təqdim edilməsinə daha çox diqqət yetirməlidir.

Peşəkar namizədlər iş üçün yaşayış yerinin dəyişməsi haqqında nə fikirləşir?

Peşəkar namizədlərin 80%-indən çoxu xaricdə işləmək arzusunda olduğunu qeyd etmişlər. Tələbələrdən fərqli olaraq, peşəkar namizədlərin 16%-i növbəti il ərzində yaşayış yerini dəyişməyə hazırdır, halbuki, onların əksəriyyəti (46%-i) bu cür imkanı növbəti üç il ərzində nəzərdə tutur. Sorğu iştirakçılarının qalan 38%-i qısa və orta müddətli perspektivdə yaşayış yerini dəyişməyi düşünmür.

Sorğu haqqında

Azərbaycanda Ən Yaxşı İşəgötürən Sorğusu 2015-cı ildən EY tərəfindən keçirilir. Sorğunun əsas məqsədi peşəkar namizədlərin işəgötürəni seçən zaman üstünlük verdikləri amilləri təhlil etməkdir. EY-ın metodologiyasına əsasən sorğu iştirakçılarından müstəqil qaydada cəlbedici hesab etdikləri üç işəgötürənin adını qeyd etmək xahiş olunur. Sorğu iştirakçıları həmçinin, işəgötürənin cəlbedicilik faktorlarını və onlar haqqında məlumat mənbələri qeyd edir, eləcə də, əmək bazarında əsas tendensiyaları müəyyən etməyə kömək edən bəzi digər sualları cavablandırır.

EY Azərbaycanda İnsan resursları üzrə Məsləhət Xidmətləri işəgötürənin işçilər, podratçılar və biznes partnyorları arasında nüfuzunu qiymətləndirir və həmçinin, digər İnsan resursları ilə əlaqədar məsələlər üzrə məsləhət xidmətləri göstərir.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti