...

Mərkəzi Bank növbəti depozit hərracının vaxtını açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2016 18:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Mərkəzi Bank növbəti depozit hərracının vaxtını açıqladı

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Trend-in AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.

Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.

Qeyd edək ki, Azərbaycanda 32 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti