Bakı. Trend:
Bank of Baku bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan Banklararası Breyn Rinq Çempionatının qalibi oldu.
Bankdan Trend-ə verilən məlumata görə, ölkədə ilk dəfə keçirilən bu çempionatda 16 yerli bankın 100 nəfərə yaxın əməkdaşı iştirak edib. Bank of Baku-nun 8 nəfərdən ibarət yığma komandası bütün rəqiblərini geridə qoyaraq 25 xalla çempionatın ən yüksək pilləsini - birinciliyi qazanıb.
Bankın müxtəlif departamentlərinin əməkdaşlarından ibarət yığma komanda adları aşağıda qeyd olunan şəxslərlə təmsil olunub:
Arif K.Mehdiyev - Korporativ hüquq departamentinin əməkdaşı
Ruslan Q.Mürşüdzadə - Korporativ hüquq departamentinin əməkdaşı
Beyrək S.Rəhimov – Mikro və KOS kreditləri departamentinin əməkdaşı
Asif B.Əhmədov - Mikro və KOS kreditləri departamentinin əməkdaşı
Firuz S.Manafov - Satışlara dəstək və filialların idarə edilməsi departamentinin əməkdaşı
Qoşqar İ.Qafarov – Daxili audit departamentinin əməkdaşı
Polad A.Qəhrəmanlı – Məhkəmə və icra işləri üzrə hüquq departamentinin əməkdaşı
Tofiq Z.Mikayılzadə - Müştəri xidmətləri departamentinin əməkdaşı
Qaliblər, ABA-nın prezidenti Zakir Nuriyev tərəfindən kubokla mükfatlandırılıb.