...

Bağlanan 10 bank üzrə 651 milyon manat kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2016 11:06 (UTC +04:00)
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 650 milyon 979 min manatdan artıq kompensasiya ödənilib.
Bağlanan 10 bank üzrə 651 milyon manat kompensasiya ödənilib

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən 31 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 milyon 747 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 048 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 121 miyon 818 min manatdan artıq kompensasiya ödənilib.

31 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

31 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.

31 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 368 milyon 161 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 650 milyon 979 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti