...

Şahin Mustafayev: Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq vəsait yatırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2016 12:12 (UTC +04:00)
Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yatırıb.
Şahin Mustafayev: Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq vəsait yatırıb  (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yatırıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumu zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan da öz növbəsində Rusiya iqtisadiyyatına 1 milyard dollardan artıq vəsait yatırıb.

Nazir bildirib: "Azərbaycan və Rusiya arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. İki ölkə rəhbərləri siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər. Çox saylı qarşılıqlı yüksək səviyyəli görüşlər buna sübutdur".

Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında normativ-hüquqi baza var. Azərbaycan və Rusiya 170-dən artıq sənəd imzalayıb ki, bu sənədlərin 50-si iqtisadiyyat sahəsinə aiddir".

Nazir qeyd edib: "Ölkələr arasında ticarət, investisiya, sənaye, yük tranziti, energetika, nəqliyyat və kənd təsərrüfatı, eləcə də humanitar sahədə uğurlu əməkdaşlıq var. Ticari münasibətlər Azərbaycan-Rusiya əməkdaşlığında mühüm sahələrindəndir. Cari ilin 9 ayının nəticələrinə görə, mal dövriyyəsinin həcmində müsbət dinakmika müşahidə olunur. Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında 3-cü yeri tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti