...

Azərbaycan-Rusiya sərhədindəki problemlə bağlı iki ölkənin gömrükçüləri görüşəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2016 11:35 (UTC +04:00)
Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Azərbaycan-Rusiya sərhədindəki problemlə bağlı iki ölkənin gömrükçüləri görüşəcək (YENİLƏNİB)

Bakı. Trend:

Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.

Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. Sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə saat 14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti