...

Bu dəfə Azərbaycan-İran sərhədində sıxlıq yarandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2016 13:13 (UTC +04:00)
İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub.
Bu dəfə Azərbaycan-İran sərhədində sıxlıq yarandı

Bakı. Trend:

Ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

Azərbaycan-Rusiya sərhədində sıxlıq tam aradan qaldırılıb

Azərbaycan-Rusiya sərhədində sıxlıq tam aradan qaldırılıb

Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti