...

Səlim Müslümov: 2017-ci ildə sosial xərcləri azaltmayacağıq (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2016 12:39 (UTC +04:00)
Azərbaycan 2017-ci ildə nəzərdə tutulan sosial xərcləri azaltmayacaq.
Səlim Müslümov: 2017-ci ildə sosial xərcləri azaltmayacağıq (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan 2017-ci ildə nəzərdə tutulan sosial xərcləri azaltmayacaq.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir deyib: “Sosial xərclərdə heç bir ixtisar ola bilməz, çünki Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sosial sahənin hər zaman diqqət mərkəzində olmasını nəzərdə tutur. Fikrimcə, gələcəkdə də biz sosial xərclərin ixtisarı məsələsi ilə üzləşməyəcəyik.”

Nazirin sözlərinə görə, hökumət əhalinin rifahının yaxşılaşdırılması üçün hər şeyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti